Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-04-05 09:12:00
Azərbaycan dili və ingilis dili fənləri üzrə işçi qrupların iclasları keçirilib

Dövlət İmtahan Mərkəzində Azərbaycan dili və ingilis dili fənləri üzrə işçi qrupların növbəti iclasları keçirilib

 

Mərkəzdən AzEdu.az-a bildirilib ki, iclaslarda Azərbaycan dili fənni üzrə 5-ci sinif üçün qiymətləndirmə tapşırıqları kitabçası, ingilis dili fənni üzrə isə “Happy Campers” dərsliyi əsasında 3-cü sinif üçün yeni qiymətləndirmə tapşırıqları kitabçasının hazırlanması məsələsi müzakirə edilib.

 

Müzakirə edilən məsələlərlə bağlı iştirakçılar tərəfindən fikir bildirilib və təkliflər verilib.

 

Növbəti iclaslarda kitabçaların təhlili davam etdiriləcək.