Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-04-05 11:01:00
Xırdalanda damını külək uçuran məktəbdə tədris qismən bərpa olunub

Ötən gün güclü külək nəticəsində dam örtüyü uçan Xırdalan şəhər 9 nömrəli tam orta məktəbdə tədris qismən bərpa olunub.

 

AzEdu.az xəbər verir ki, yaranmış vəziyyətlə əlaqədar məktəbdə tədris qismən bərpa olunub: "Bəzi siniflər isə müvəqqəti olaraq onlayn dərslərə cəlb ediliblər".

 

Qeyd edək ki, aprelin 4-də Bakıda güclü külək əsib. Nəticədə Xırdalan şəhər 9 nömrəli tam orta məktəbin damı uçub. Hadisə ilə əlaqədar tədris müvəqqəti dayandırılmışdı.