Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-04-05 15:41:00
Azərbaycan dili fənni üzrə vebinar keçiriləcək

6 aprel saat 17:00-da Azərbaycan dili fənni üzrə feil, nitq hissələrinin isimləşməsi, tabeli mürəkkəb cümlə mövzusunda vebinar keçiriləcək.

 

AzEdu.az xəbər verir ki, vebinarda spiker qismində filologiya üzrə fəlsəfə doktoru, 220 saylı məktəb-liseyin Azərbaycan dili və ədəbiyyatı müəllimi, Azərbaycan dili dərsliklərinin müəllifi, "Ən yaxşı müəllim" müsabiqəsinin qalibi Xanım Qasımova çıxış edəcək.

Tədbir ARTİ-nin Facebook səhifəsi üzərindən canlı yayımlanacaq.