Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-04-06 14:46:00
“Şuşa İli” ilə bağlı Bakı məktəblərində keçiriləcək tədbirlər müəyyənləşdirilib  

“Şuşa İli” ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tədbirlər planı təsdiq edilib.

 

Bu barədə AzEdu.az-a BŞTİ-dən məlumat verilib. Bildirilib ki, təhsil müəssisələrində “Şuşa İli” ilə bağlı silsilə tədbirlərin, “Zəfər” olimpiadasının keçirilməsi, məktəblilər arasında “Əziz Şuşa, sən azadsan!”, “Şuşa - Qarabağın döyünən ürəyi” mövzularında inşa yazı müsabiqəsinin təşkili nəzərdə tutulur.

 

Həmçinin UNESCO Assosiativ Məktəblər Şəbəkəsinə üzv olan təhsil müəssisələrinin, “Qardaşlaşmış məktəblər” təşəbbüsünə qoşulmuş yerli və xarici ölkə məktəblərinin “Şuşa İli” ilə bağlı birgə tədbirlərinin keçirilməsi planlaşdırılır.

 

Bundan əlavə, Şuşada yaşamış görkəmli şəxsiyyətlərin həyat və yaradıcılığına həsr olunan tədbirlər təşkil ediləcək, yuxarı sinif şagirdləri arasında Şuşanın 270 illik yubileyinə həsr olunan “Ən yaxşı elektron təqdimat” müsabiqəsi keçiriləcək.

 

Məktəb kollektivlərinin, “Şuşada bir gün” respublika fənn olimpiadaları qaliblərinin, ümumi təhsil müəssisələri şagirdlərinin Şuşa şəhərinə səfərlərinin, Şuşada yay məktəblərinin, könüllülər düşərgələrinin təşkili nəzərdə tutulur.