
Təhsil Tələbə Krediti Fondundan verilən məlumata görə müraciəti tamamlanan 691 nəfərə müəyyən səbəblərə görə imtina cavabı verilib.
AzEdu.az xəbər verir ki, bu səbəblər fondun 2021/2022 tədris ilinin payız semestri üzrə hesabatında ətraflı şəkildə qeyd olunub.
513 tələbənin müraciətlərinin əsas imtina səbəbləri sistemdə sosial status təsdiqlənməməsi, akademik borcun qeydə alınması, qəbul və ÜOMG balının tələb olunana uyğun gəlməməsidir.
96 nəfərin imtina səbəbi standart kredit üçün tələb olunan illik təhsil haqqının 20% məbləğini ödəməməsi, normativ təhsil müddətindən artıq təhsil alanların olmasıdır.
45 müraciətdə səbəb tələbə tərəfindən bank rəsmiləşdirilməsi mərhələsində imtina edilməsidir.
30 tələbə standart kreditlərdə tələbə tərəfindən TTK razılıq sorğusu zamanı imtina qeydə alınıb.
5 müraciətçidə sosial kredit üzrə TTK razılıq sorğusu zamanı imtina halı müşahidə olunub.
2 imtiyazlı tələbəyə sistemdə imtina göndərilib.