
SCimago (Scimago Institutions Rankings) reytinq agentliyi 2022-ci il üzrə dünya universitetlərinin reytinqini açıqlayıb. Reytinq 4362 ali təhsil müəssisəsinin məlumatları əsasında hazırlanıb. İlk 5 yeri Harvard Universiteti, Harvard Medical School, Tsinqua Universiteti, Stanford Universiteti, Çin Elmlər Akademiyası tutur.
Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) bu reytinqdə dünya universitetləri sırasında 708-ci, Azərbaycanda isə 1-ci yerdə qərarlaşıb.
UNEC-dən AzEdu.az-a bildirilib ki, reytinqin hesablanması 3 kateqoriya üzrə aparılır: tədqiqat performansı (SCOPUS data bazası), innovasiyaya çıxış və cəmiyyətə təsir. UNEC tədqiqat performansı indikatoru üzrə dünyada 399-cu yerdə, innovasiyaya çıxış üzrə 443-cü və cəmiyyətə təsir indiqatoru üzrə isə 249-cu sırada qərarlaşıb.
UNEC bir sıra sahə reytinqləri (subject ranking) üzrə də yüksək nəticələr göstərib. Sahə reytinqləri “Scopus” bazasında elmi fəaliyyətin nəticələri əsasında hesablanıb. Sahələr üzrə reytinqə görə də UNEC ölkə universitetləri arasında liderdir. Digər ölkələr arasında isə iqtisadiyyat, ekonometriya və maliyyə sahəsi üzrə Şərqi Avropada 56-cı və dünyada 468-ci, biznes, idarəetmə və mühasibatlıq sahəsi üzrə Şərqi Avropada 83-cü, dünyada 696-cı, ətraf mühitin elmləri sahəsi üzrə Şərqi Avropada 39-cu, dünyada 339-cu, enerji sahəsi üzrə Şərqi Avropada 74-cü, dünyada 461-ci, riyaziyyat sahəsi üzrə Şərqi Avropada 71-ci, dünyada 473-cü, sosial elmlər sahəsi üzrə Şərqi Avropada 140-cı, dünyada 759-cu yerdədir.