
“Şagirdlərin elə bacarıqları var ki, onları qapalı tipli tapşırılarla ölçmək mümkün deyil. Ona görə də bu halda yazılı tapşırıqların həyata keçirilməsi vacibdir”
AzEdu.az xəbər verir ki, bunu DİM-in bacarıqların, vərdişlərin qiymətləndirilməsi və markerlərin hazırlanması üzrə sektorun müdiri Aydın Qasımov deyib.
“Bunlara mühakimə, tətbiq etmə, araşdırma, müqayisə etmək, araşdırma kimi bacarıqları nümunə göstərmək olar. Şagirdlərin gələcək karyeralarının qurulmasında bu bacarıqlarının əhəmiyyəti böyükdür. Bunlarla qapalı tipli tapşırılarla yoxlaya bilmədiyimiz üçün, yazı işləri tapşırılarına ehtiyac yaranır. Qapalı tipli tapşırılarda bəzən şagirdlərimiz və müəllimlərimiz, müəyyən suallarda düstürları əzbərləməkdə tez cavablamaq metodunu seçirlər.
Amma yazı işi üçün şagird sadaladığımız bacarıqları ortaya qoymalıdır. Həmçinin, qapalı tapşırıqlarda şagird ya tam, ya da 0 balla qiymətləndirilir, Amma yazı işlərində şagirdin birinci, ikinci mərhələdə qeydləri yazı işi tam başa çatdırılmadısa belə mütləq qiymətləndirilir”.