Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-04-08 15:27:00
Qəbul imtahanındakı  yazılı tapşırıqlar belə yoxlanılır – Mürəkkəb proses

 

“İmtahan bitdikdən sonra iştirak edən bütün şagirdlərin imtahan vərəqləri skan olunur. Bu zaman vərəqin üzərindəki şagirdə aid bütün məlumatlar, imzaları, ad və soyadları, iş nömrələri və s. hamısı elektron formatda silinir, bütün yazı işləri şifrələnir”.

 

AzEdu.az  xəbər verir ki, bunu DİM-in bacarıqların, vərdişlərin qiymətləndirilməsi və markerlərin hazırlanması üzrə sektorun müdiri Aydın Qasımov deyib.

 

“Bu o deməkdir ki, sənədlərin adı artıq verilmiş yeni şərti kodlarla qeyd olunur. Yazı işlərində hər bir tapşırıq elektron formada kəsili. Yəni, bir şagirdin müəyyən fənn üzrə cavabladığı tapşırıların hər biri ayrı qovluğa atılır. Daha sonra yazı işləri, yoxlanma üçün lazım olan meyarlar hamısı bir sistemdə yerləşdirilir. Bu proses təxmini 5-7 günə yaxın vaxt apara bilir. Sonra isə bu tapşırılar üçün etalon işlər seçilməyə və qiymətləndirmə meyarlarının təkmilləşdirilməsinə başlanılır”

 

Sektor müdiri yazı işlərində fərqli həll üsullarının yoxlanılmasından danışıb:

 

“Qiymətləndirmə meyarlarının təkmilləşdirilməsi o deməkdir ki, hər tapşırıq üçün, bir neçə nəfərdən ibarət ekspert qrupu müəyyən qədər yazı işlərini gözdən keçirir. Nəticədə şagirdlərin yazı işlərinə meydana çıxan fərqli halları meyarlarda bəndlərə əlavə edir.  Çünki tapşırığı tərtib edən müəllif həll üçün bir neçə üsul qeyd edə bilər, ancaq şagirdlər bunları müxtəlif üsulla da həll edə bilərlər. Bu səbəblə də əvvəlcədə yazı işlərinə baxılır. Hər tapşırıq üçün təxminən 130-150 yazı işi seçilir və onlara uyğun olaraq qiymətlər bazaya daxil edilir”.