Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-04-08 15:55:00
İmtahan cavablarının yoxlanılması bu səbəblərdən gecikə bilər -DİM-in sektor müdiri

 

“İmtahan cavablarının yoxlama müddəti fənn və markerlərin qrafikindən asılı olaraq dəyişir”

 

AzEdu.az xəbər verir ki, bunu DİM-in bacarıqların, vərdişlərin qiymətləndirilməsi və markerlərin hazırlanması üzrə sektorun müdiri Aydın Qasımov deyib.

 

Sektor müdiri yazı işlərinin yoxlanılması müddətinə aydınlıq gətirib:

 

“Məsələn, 50 min nəfər şagird üçün Riyaziyyat fənnindən yoxlama 5-6 gün çəkə bilir. Amma Azərbaycan dili,Rus dili fənnlərində bildiyimiz kimi,bir neçə cümləlik yazı işləri var, onların yoxlaması isə 10-15 gün çəkə bilir. Vaxta təsir edən ikinci bir məqam isə markerlərin qrafikidir. Məsələn, 5-6 Mart tarixlərinin yazı işlərinin yoxlanılması dövrü Novruz tətili ilə üs-üstə düşmüşdü. Bu zaman müəllimlərin qrafiki rahat idi, qoşulmaq üçün zamanlardı oldu. Nəticədə yoxlama prosesi zamanında başa çatdı və təhvil verildi”.

 

Daha sonra o, -“Amma növbəti 12-13 Mart tarixlərində keçirilən imtahan nəticələrinin yoxlanılması zamanı tətil bitmişdi və belə olduqda müəllimlərin qrafikində müəyyən çətinliklər əmələ gəlir”-deyə bildirib.