Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-04-08 17:15:00
DİM-də bu məqsədilə təqdimat keçirilib  

Dövlət İmtahan Mərkəzində (DİM) qabiliyyət imtahanı ekspertlərinin informasiya sisteminin (QABİS) təkmilləşdirilməsi və yeni ekspertlərin əlavə edilməsi məqsədilə təqdimat keçirilib.

 

Bu barədə AzEdu.az-a DİM-dən məlumat verilib. Bildirilib ki, təqdimatda DİM-in əməkdaşları, Odlar Yurdu Universiteti, Gəncə Dövlət Universiteti, BDU-nun Qazax filialı, Bakı Xoreoqrafiya Akademiyası və Tovuz Dövlət Sosial İqtisadi Kolleci tərəfindən təyin edilən məsul şəxslər iştirak ediblər.

 

QABİS müəllim-ekspertlər haqqında məlumatları özündə birləşdirən vahid informasiya sistemidir. Sistemin hazırlanmasında məqsəd peşəkar müəllimlərin xüsusi qabiliyyət imtahanlarına cəlb edilməsi və təhsil müəssisələri ilə daha sıx əməkdaşlığı təmin etməkdir.