Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-04-08 17:26:00
Müharibənin qurbanına çevrilən qəhrəman müəllimlər- Ukrayna təhsilin dirənişi -FOTOLARDA

 

Ukraynada davam edən müharibə gündəlik həyatın demək olar ki, bütün sahələrini iflic edib. Tədricən son həftə tədrisin hibrid formada təşkili həyata keçirilir.

 

Nəticədə müharibənin ən böyük zərər verdiyi sahələrdən biri də təhsil oldu. İnsan itkiləri arasında tələbələr, şagirdlər, müxtəlif təhsil nümayəndələri ilə yanaşı, təəssüf ki, müəllimlərə də rast gəlinir. Ölkənin fədakar müəllimləri bu gərgin zamanlarda belə, şagirdlərin təhsillərinin yarımçıq qalmamasına çalışsalar da, bəziləri bu qarşıdurmanın qurbanlarına çevrildi.

 

Sadəcə ölkənin ərazi bütövlüyü üçün mübarizə aparan vətəndaşlar deyil, şagird və tələbələrini qorumağa çalışan, ölkənin gələcəyini inşa etmək üçün mübarizə aparan təhsil işçilərinin də hər biri qəhrəmandır.

 

AzEdu.az belə müəllimlərdən bir neçəsini oxucularla tanış etməyi vacib hesab edir.

 

Müharibənin ilk günləri bir neçə şagird, tələbə və digər mülki vətəndaşlarla yanaşı, ölənlər arasında iki müəllimin də olması xəbəri yayıldı. Belə ki, fevralın 25-i Donetsk vilayəti, Qarlovkada yerləşən 50 saylı məktəbin artilleriya atəşinə tutulması nəticəsində iki müəllim həlak olub. Onlardan biri Coğrafiya müəllimi Yelena İvanova, digəri isə məktəbin müdir müavini Yelena Kudrikdir.

 

Foto müəllimlərin dəfn mərasimindəndir:

 

 

Mart ayının 8-də rus hərbçilərinin Nikolayevdə yerləşən uşaq evinin tərbiyəçilərinin olduğu mikroavtobusu vurması ilə bağlı məlumatlar yayılıb. Bu məlumatlara görə nəticədə 3 təhsil işçisi həlak olub, 2 nəfəri isə yaralanıb.

 

 

Müharibədə həmçinin bir amerikalı müəllim də həlak olub. Həyat yoldaşının xəstəxanada müalicəsi üçün bu ölkədə qalan amerikalı müəllim James Whitney Hill, ona yemək aparmaq üçün Çerqinovda çörək növbəsi gözləyərkən rus əsgərlərinin atəşi nəticəsində həyatını itirib. Amerikalı müəllim ölümündən əvvəl öz feysbuk hesabında vəziyyətin getdikcə pisləşməsilə bağlı paylaşım edib.

 

Bunlarla yanaşı hazırda davam edən müharibədə tələbələr, şagirdlər, azyaşlıların olduğu, həmçinin bəzi təhsil işçiləri və təhsilalanların itkin düşdüyü bildirilir.