
Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) və “Maqnat” İntellektual Oyunlar Klubunun (İOK) təşkilatçılığı ilə klubun 15 illiyinə həsr olunan
“Maqnat-15” adlı “Brain ring” intellektual yarışı keçirilib.
Bu barədə AzEdu.az-a ADNSU-dan məlumat verilib. Bildirilib ki, yarışda ADNSU-nun 7 fakültəsi, BBA, ZU və “SABAH” qruplarından, eləcə də Azərbaycan-Fransız Universitetindən ümumilikdə 12 komanda iştirak edib.
Gərgin keçən bilik yarışında universitetin İnformasiya texnologiyaları və idarəetmə fakültəsi qalib olub. Kimya texnologiya fakültəsi 2-ci, İqtisadiyyat və menecment fakültəsi isə 3-cü yeri tutub.
ADNSU-nun rektoru professor Mustafa Babanlı gənclərin bilik yarışlarında iştirakının əhəmiyyətini vurğulayıb, klub üzvlərini və yarışın qaliblərini təbrik edib, onlara yeni uğurlar arzulayıb.
Sonra yarışın qaliblərinə hədiyyələr və kubok təqdim edilib.