Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-04-11 14:53:00
UNEC komandası XII Avrasiya İqtisadi Gənclər Forumunda qalib olub  

XII Avrasiya İqtisadi Gənclər Forumunun final mərhələsi başa çatıb. Forumun nəticələrinə əsasən, Azərbaycanın onlayn platformasında 5 komanda qalib seçilib.

 

Bu barədə AzEdu.az-a Azərbaycan Dövlət İqtisad Universitetindən (UNEC) məlumat verilib.

 

Forum çərçivəsində universitetlərin təmsil olunduğu 17 komanda “Milli dəyərlərin, adət-ənənələrin, doğma torpağın mədəniyyətinin inkişafı” istiqaməti üzrə “Mənim sevimli şəhərim: dünən, bu gün, sabah” mövzusunda videoçarxını təqdim edib. UNEC-in FAYLA komandasının hazırladığı videoçarx səsvermə nəticəsində birinci yeri qazanıb. İkinci yeri Bakı Avrasiya Universitetinin “Avrasiya” komandası, III yeri Bakı Biznes Universitetinin “Bakı: dünən, bu gün, sabah”, IV yeri UNEC-in “Mətin”, V yeri isə Milli Aviasiya Akademiyanın “Mənim sevimli şəhərim” komandası tutub.

 

Finalda qalib gələn beş komanda aprelin 27-də Rusiyanın Yekaterinburq şəhərində keçiriləcək superfinalda Azərbaycanı təmsil edəcək.

Forumun finalçıları sertifikatla təltif olunacaqlar.