
Dövlət İmtahan Mərkəzi (DİM) Dövlət Sərhəd Xidməti Xüsusi məktəbinin V sinfinə keçirilmiş qəbul imtahanının nəticələri ilə bağlı müraciətlərə baxılması üçün aprelin 14-dən etibarən onlayn (“Zoom” proqramı və ya telefon əlaqəsi vasitəsilə) apellyasiya prosesi təşkil ediləcək.
Bu barədə AzEdu.az-a DİM-dən məlumat verilib. Apellyasiya Komissiyasına müraciət etmək istəyənlər aprelin 12 14-də DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan apellyasiya üçün müraciət edə bilməyəcəklər.
Bir şagirdin ərizəsi (müraciəti) üzrə ən çox 15 dəqiqə müzakirə aparıla bilər. Ayrılan vaxt bitdikdə, valideyndən əlavə kənar şəxs müzakirəyə qoşulduqda və ya etik davranış qaydaları pozulduqda müzakirə prosesi dayandırılır.
Xatırladaq ki, aprelin 10-da keçirilmiş imtahanın nəticələri bu gün açıqlanıb.