İclasda işçi qrupunun üzvləri ilə bərabər DİM-lə ekspert kimi əməkdaşlıq etmək üçün elektron qeydiyyatdan keçmiş şəxslər də iştirak ediblər.
Həmin şəxslərə dərsliklərin elmi-metodiki monitorinqi və qiymətləndirilməsi meyarları təqdim edilib, dərsliklərin monitorinqinin keçirilməsi proseduru haqqında məlumat verilib.
Müzakirə edilən məsələlərlə bağlı iştirakçılar tərəfindən fikir bildirilib və təkliflər söylənilib.
Növbəti iclaslarda müzakirə davam etdiriləcək.