Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-04-12 16:40:00
Azərbaycanda son sutkada 36 nəfər koronavirusa yoluxub, ölən olmayıb  

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 36 yeni yoluxma faktı qeydə alınıb, 24 nəfər müalicə olunaraq sağalıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 0 nəfər vəfat edib.

 

İndiyədək ölkədə ümumilikdə 792 289 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 782 375 nəfər müalicə olunaraq sağalıb, 9 703 nəfər vəfat edib. 211 nəfər aktiv xəstə sayını təşkil edib.

 

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 4 775, bu günə qədər isə ümumilikdə 6 750 860 test icra olunub.