
Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) 2022/2023-ci tədris ili üzrə təkrar ali təhsil almaq üçün sənəd qəbuluna başlanılıb.
UNEC-dən AzEdu.az-a bildirilib ki, iqtisadiyyat, texniki və texnoloji ixtisaslar üzrə bakalavr pilləsində ümumilikdə 22 ixtisasa təkrar ali təhsil üzrə ödənişli əsaslarla tələbə qəbulu aparılır. Universitetin Zaqatala filialında isə qəbul 8 ixtisas üzrə həyata keçirilir.
Qəbul olmaq istəyənlər tələb olunan sənədləri yalnız elektron qaydada təqdim edir və müvafiq tələblərə cavab verdikləri halda təkrar ali təhsil almaq hüququ qazanırlar.
Sənədlərin qəbulu iyulun 1-dək davam edəcək.
Qeyd edək ki, 1993-cü ildən sonra xarici ölkələrdə ali təhsil almış şəxslər yalnız diplomları mövcud qaydada Təhsil Nazirliyi tərəfindən tanındıqdan sonra universitetdə təkrar ali təhsil ala bilərlər.