AzEdu.az xəbər verir ki, işçi qruplarının iclaslarında gündəlik məsələ respublikanın ümumtəhsil müəssisələrində qüvvədə olan 7-ci sinif fizika və 9-cu sinif rus dili (tədris dili) dərslikləri əsasında hazırlanmış “Qiymətləndirmə tapşırıqları” kitabçalarının dərsliklərlə müqayisəli təhlili olub.
Fizika fənni üzrə işçi qrupunun iclasında işçi qrupunun üzvləri ilə bərabər DİM-lə ekspert kimi əməkdaşlıq etmək üçün elektron qeydiyyatdan keçmiş şəxslər də iştirak ediblər.
Həmin şəxslərə dərsliklərin elmi-metodiki monitorinqi və qiymətləndirilməsi meyarları təqdim edilib, dərsliklərin monitorinqinin keçirilməsi proseduru haqqında məlumat verilib. Onların hər birinə müəyyən dərsliyin elmi-metodiki monitorinqini aparmaq tapşırılıb.
Müzakirə edilən məsələlərlə bağlı iştirakçılar tərəfindən fikir bildirilib və təkliflər söylənilib.
Növbəti iclaslarda müzakirələr davam etdiriləcək.