Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-04-14 12:45:00
DİM: Buraxılış imtahanlarının keçirilməsinə 4 mindən çox nəzarətçi-müəllim ayrılıb  

Aprelin 16-17-də ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarının keçiriləcəyi şəhər və rayonlarda ümumilikdə 192 imtahan binası, 3400 imtahan zalı ayrılıb.

Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a bildirilib ki, imtahanların idarə olunmasına 192 ümumi imtahan rəhbəri, 550 imtahan rəhbəri, 4219 nəzarətçi-müəllim, 400 buraxılışı rejimi əməkdaşı (mühafizə), 192 bina nümayəndəsi cəlb edilib.

Aprelin 16-da keçiriləcək imtahanda 23 min 107, aprelin 17-də keçiriləcək imtahanlarda isə 21 min 749 nəfər olmaqla, ümumilikdə 44 min 856 şagirdin iştirakı nəzərdə tutulur. İmtahanlar respublikanın 23 şəhər və rayonunda təşkil olunacaq