
“Qapalı testlərin nəticələrini təhlil edərkən görürük ki, bu imtahanlarda səhv cavablar düzgün cavabları silmir deyə, bəzi uşaqlar qapalı testləri elə-belə, necə gəldi cavablayırlar”
AzEdu.az xəbər verir ki, bunu DİM sədri Məleykə Abbaszadə 11 illik orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarının nəticələrilə bağlı canlı yayımda deyib.
“Məsələn, yalnız iki hərfi götürüb, A,A, yaxud B, B cavablayaraq bitirirlər. Nəticədə təsadüfi düzgün cavablar nəticəsində müəyyən bal toplaya bilirlər. Çünki səhv cavablar düzgün cavabları burada silmir. Çox iştirakçılar 50 bal ətrafında nəticə əldə edir. Ancaq bu balla orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq mümkün deyil. Doğrudur, həmin abituriyentlər ali təhsil müəssisələrinə qəbulun növbəti mərhələsində iştirak edə və müəyyən nəticə göstərə bilərlər. Amma həmin imtahanda da sualları eyni üsulla cavablasalar, burada artıq, müəyyən bal toplamaq da qeyri-mümkün olacaq. Çünki burada səhv cavabları düzləri silir”.