
Bakı Dövlət Universitetinin (BDU) Tələbə Həmkarlar İttifaqı Komitəsi “Genius 2022” müsabiqəsi elan edib.
Bu barədə AzEdu.az-a BDU-dan məlumat verilib. Bildirilib ki, müsabiqə 2 mərhələdən ibarət olacaq. Fakültələr daxilində keçiriləcək I mərhələdə tələbələr ixtisaslarına aid olan elmi mövzuda təqdimat (minimum 20 slayd) və ya məqalə (minimum 5 word səhifəsi) hazırlamalıdırlar.
Müsabiqənin II mərhələsində isə fakültədaxili müsabiqədə birinci və ikinci yeri tutan qaliblər yarışacaqlar.
I mərhələ üzrə mükafat fondu: 1-ci yer -100 AZN, 2-ci yer - 50 AZN.
Final mərhələsi üzrə humanitar və texniki-təbiət ixtisasları ayrılıqda olmaqla mükafat fondu: 1-ci yer -250 AZN, 2-ci yer -200 AZN, 3-cü yer- 150 AZN.
Müsabiqə qaliblərinin işləri bu il nəşr olunacaq “Genius-2022” jurnalında dərc ediləcək. Müsabiqədə iştirak etmək arzusunda olanlar I mərhələ üzrə hazırlayacaqları işləri [email protected] ünvanına göndərməlidirlər.
Ümumilikdə 42 tələbə müsabiqə nəticəsində mükafat əldə edəcək.