
Artıq ali məktəbə qəbul olunan şəxslərin qeydiyyatına başlayıb.
AzEdu.az Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasına qeydiyyat üçün tələb olunan sənədləri təqdim edir:
Bu ali təhsil müəssisəsinə qəbul olunan abituriyentlər aşağıdakı sənədləri qeydiyyat komisiyasına təqdim etməlidirlər:
-Şəxsiyyət vəsiqəsinin özü və surəti
-Tam orta (ixtisas) təhsil haqqında sənədin (attestat və ya diplom) özü və surəti
-İş nömrəsi və şifrə
-4 ədəd 3x4 sm ölçüdə fotoşəkil
-Təhsil haqqının Kapital Banka ödənilməsi qəbzi
-Oğlanlar üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin verdiyi sənəd
Sənədlərin qəbulu 16 avqust 2018-ci il tarixdən 28 avqust 2018-ci il tarixədək hər gün 09:00-dan – 17:00-dək Bakı şəhəri, Azadlıq prospekti 181 ünvanında keçiriləcək. Qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək.