Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-04-22 10:48:00
BDU-da Ag nanonaqillərin enerji sistemlərində tətbiqinə dair seminar  

Bakı Dövlət Universitetinin (BDU) Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin Nanoaraşdırmalar Elmi-Tədqiqat Laboratoriyasında “Ag nanonaqilləri və qrafen oksidi əsasında kompozitlərin alınması, enerji sistemlərində tətbiqi” mövzusunda elmi seminar olub.

 

Bu barədə AzEdu.az-a BDU-dan məlumat verilib. Bildirilib ki, tədbirdə laboratoriyanın kiçik elmi işçisi Lalə Qəhrəmanlının mövzu üzrə məruzəsi dinlənilib. L.Qəhrəmanlı Ag nanonaqilləri, qrafen oksidinin quruluşu, xassələri, əsas alınma üsulları, kompozit materiallar şəklində hazırlanma texnologiyaları, müasir tətbiq sahələri haqqında iştirakçılara ətraflı məlumat verib.

 

Qeyd olunub ki, Ag/qrafen oksid əsaslı hibrid kompozitləri təmiz Ag nanonaqilləri ilə müqayisədə aşağı müqavimətə və yüksək keçiriciliyə malik olduğu üçün elektrolüminissensiya cihazlarının, şəffaf keçirici elektrodların, superkondensatorların, günəş batareyalarının və fotokatalitik elementlərin tətbiqində daha üstün quruluşlar hesab edilir.

Sonra suallar cavablandırılıb.