Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-04-22 12:10:00
UNEC-in magistrantı beynəlxalq tədbirdə çıxış edib  

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin 2-ci kurs magistrantı Safiya Əhməd Rusiya Federasiyasının Həştərxan Dövlət Universiteti tərəfindən keçirilən dəyirmi masada iştirak edib.

 

UNEC-dən AzEdu.az-a bildirilib ki, “Yeni internet kommunikasiya sistemində beynəlxalq hüququn aktual məsələləri: nəzəriyyə və təcrübə” adlı dəyirmi masada informasiya təhlükəsizliyi, “feyk” informasiyaların fenomeni, beynəlxalq təşkilatların fəaliyyətində yeni internet-kommunikasiya texnologiyaları və digər sahələr üzrə müzakirələr aparılıb.

 

Safiya Əhmədin “Koronavirus pandemiyası dövründə təhsil biznes subyektlərin fəaliyyəti” mövzusunda çıxışını iştirakçılar maraqla qarşılayıblar. UNEC-in magistrantı tədbir iştirakçılarının suallarını cavablandırıb.