Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-04-28 12:03:00
Çində yoluxma ARTDI - Əyani dərslər dayandırıldı

Çində koronavirusa yoluxma yenidən artıb.

 

AzEdu.az xarici KİV-lərə istinadən xəbər verir ki, paytaxt Pekinin 2 rayonunda -Tonçjou və Xiçenqdə təhsil müəssisələrində COVID-19-un yayılması ilə əlaqədar əyani dərsləri ləğv edilib.

 

Hər iki rayonda orta və ibtidai məktəblərdə, eləcə də peşə-texniki məktəblərdə dərslər distant təhsilə keçirilib. Uşaq bağçaları da növbəti xəbərdarlığa qədər müvəqqəti bağlanıb.

 

Qeyd edilib ki, aprelin 22-dən indiyədək Çinin paytaxtında COVID-19-a 138 yoluxma halı aşkarlanıb. Şəhərin 12 rayonunda səlahiyyətlilər bütün sakinləri koronavirus üçün test etməyə başlayıblar.