Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-05-05 10:23:44
Sabah birinci siniflərin məktəb seçimi prosesinə başlanılır  

Sabah Azərbaycan bölməsi üzrə birinci siniflərin məktəb seçimi prosesinə başlanılır.

 

Bu barədə AzEdu.az-a Təhsil Nazirliyindən məlumat verilib.

 

Qeyd edək ki, mayın 4-dən 2022-2023-cü tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbuluna start verilib. Ümumi təhsil müəssisələrinin I siniflərinə qəbul prosesi www.mektebeqebul.edu.az elektron portalı vasitəsilə aparılır.

 

Birinci sinfə qəbulla bağlı elektron qeydiyyat prosesi sentyabrın 14-də başa çatacaq.