Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-05-05 12:11:00
57 saylı məktəbin şagirdləri BANM - da

Bakı şəhər 57 saylı tam orta məktəbin şagirdləri Bakı Ali Neft Məktəbində olublar. Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov məktəblilərlə görüşüb və onları maraqlandıran məsələlər ətrafında müzakirələr aparılıb. 57 saylı orta məktəbin direktoru Aytən Sadıqova keçirilən səmərəli və səmimi görüşə görə BANM-in rektoru Elmar Qasımova təşəkkürünü bildirib.

 

AzEdu.az xəbər verir ki, məktəbin direktoru Aytən Sadıqova 15 nəfər 10 - cu sinif şagirdi ilə birlikdə Ali Məktəbin kampusunu gəziblər. Onlar 600 nəfərlik Konqres zalı, Neft Muzeyinin eksponatları, kitabxana, üzgüçülük hovuzu, iki qapalı idman zalı, tələbə yeməkxanası, auditoriyalar, müasir tədris laboratoriyaları, fitnes mərkəzi, süni örtüklü stadion, tennis kortu, voleybol, basketbol, yüngül atletika meydançaları və Tələbə evi ilə tanış olublar

 

Qonaqlara Ali Məktəbin fəaliyyət istiqamətləri, yeni kampusu, illər üzrə ümumi statistik göstəriciləri, BANM-in ixtisasları üzrə minimal keçid balları, əməkdaşlıq etdiyi xarici şirkətlər və ali təhsil müəssisələri, tədris proqramları, daxili intizam qaydaları, yerli və transmilli şirkətlərdə təşkil olunan təcrübə proqramları, seminarlar haqqında məlumatlar verilib. BANM-in Senat zalında Ali Məktəbin fəal tələbələrindən biri olan Kimya mühəndisliyi ixtisasının 3-cü kurs tələbəsi Zəhraxanım Əliyeva audio-vizual təqdimatla çıxış edib.

 

Sonda şagirdlərə rektorun adından simvolik hədiyyələr təqdim edilib və xatirə fotoları çəkilib.