Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-05-05 17:02:00
Azİİ e-Kitab Evinə EBSCO eBook Akademik Kolleksiyasına növbəti sınaq girişi təqdim olunub

Azərbaycan Kitabxana İnformasiya Konsorsiumu çərçivəsində, Azİİ e Kitab Evi 205000-dən artıq elektron kitabı əhatə edən EBSCO eBook Akademik Kolleksiyasından istifadə imkanı əldə edib.

 

AzEdu.az xəbər verir ki, kolleksiyadan istifadə imkanı mayın 1-dən etibarən heç bir ödəniş tələb edilmədən 3 ay müddətinə davam edəcək. Bütün elektron kitablardan və eyni zamanda kolleksiyaya daxil olmuş yeni kitablardan Azİİ e Kitab Evinin oxucu istifadəçilərinin istifadəsi mümkün olacaq.

 

Qeyd edək ki, EBSCO eBooks Academic Subscription Collection akademik mövzuların geniş seçimini əhatə edən 205000 elektron kitabdan ibarət multidissiplinar kolleksiyadır və aparıcı nəşriyyatların və universitet mətbuatlarının (Cambridge University Press, Elsevier, Harvard University Press, John Wiley & Sons, Oxford University Press, Taylor & Francis, University of California Press və s.)  elektron kitablarını təqdim edir.

 

ADNSU-nun professor-müəllim və tələbə heyyəti aşağıda verilmiş link vasitəsilə EBSCO eBooks Academic Subscription Collection - elektron kitablara müraciət edə bilərlər. Link həmçinin Azİİ e-Kitab Evinin səhifəsində də yerləşdirilib.

 

 EBSCO eBooks Academic Subscription Collection