Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-05-06 09:12:00
AzTU-da IX spartakiadanın bağlanış mərasimi keçirilib

Azərbaycan Texniki Universitetində (AzTU) ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilən IX spartakiadanın bağlanış mərasimi və fakültələrarası futzal yarışının final mərhələsi keçirilib.

 

Bu barədə AzEdu.az-a universitetdən məlumat verilib.

 

Əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib.

 

AFFA və AzTU-nun təşkilatçılığı ilə keçirilən futzal yarışının finalında İnformasiya və telekommunikasiya texnologiyaları və Energetika və avtomatika fakültələrinin komandaları qarşılaşıb. 7:1 hesabı ilə Energetika və avtomatika fakültəsinin komandası futzal yarışının qalibi olub.

 

Daha sonra ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilən IX spartakiadanın bağlanış mərasimi keçirilib.

 

AzTU-nun rektoru Vilayət Vəliyev spartakiadada qalib gələn əməkdaşları və tələbələri təbrik edib. Azərbaycanın dünyada həm də idman ölkəsi kimi tanındığını qeyd edən rektor bildirib ki, tələbələr arasında dünya və Avropa çempionlarının olması qürurvericidir. İdmanın inkişafı həm ölkəmizin beynəlxalq arenada tanıdılması, həm də gənc nəslin sağlam həyat tərzinin inkişafında mühüm amillərdən biridir.

 

Daha sonra qaliblərə medallar təqdim olunub.

 

Qeyd edək ki, 200-dən çox əməkdaş və tələbənin iştirak etdiyi IX spartakiadada Nəqliyyat və logistika, Energetika və avtomatika fakültələrinin əməkdaşları yüksək nəticə göstərib. Tələbələr arasında isə ən yüksək nəticə Energetika və avtomatika fakültəsinin komandasına məxsus olub.