Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-05-06 09:36:00
UNEC-in əməkdaşı İsveçrə HES-SO Məktəbində işgüzar görüşdə olub

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) əməkdaşı, gənc doktorant və siyasi tədqiqatçı Nərgiz Hacıyeva Qərbi İsveçrə Tətbiqi Elmlər və İncəsənət Universitetinin tərkib hissəsi olan HES-SO Ali İdarəetmə Məktəbinin Biznesin idarə edilməsi mərkəzinin direktoru professor Lukas Baschungin dəvətilə Ali İdarəetmə Məktəbində işgüzar görüşdə olub.

 

UNEC-dən AzEdu.az-a bildirilib ki, görüşdə Nərgiz Hacıyeva UNEC-in İnkişaf Strategiyası, beynəlxalq əlaqələri, elmi fəaliyyəti barədə məlumat verib. Həmçinin HES-SO və UNEC arasında təqaüdlü tədqiqat, təcrübə və mübadilə proqramı ilə bağlı müzakirələr aparılıb.

 

Dəvət çərçivəsində N.Hacıyeva icveçrəli tələbələrlə də görüşüb. O, UNEC barədə təqdimatla çıxış edib, sualları cavablandırıb.