Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-05-06 10:03:00
Övladının digər dillərdə təhsil almasını istəyən valideynlərin nəzərinə

Mayın 6-dan dövlət ümumi təhsil müəssisələrinin digər dillərdə tədris aparılan birinci siniflərinə qəbulla bağlı müsahibəyə yazılmaq üçün qeydiyyat prosesinə start verilir.

 

Bu barədə AzEdu.az-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, müsahibəyə yazılma mərhələsi mayın 30-da başa çatacaq.

 

Müsahibələrin mayın 10-31-də ənənəvi formatda həyata keçirilməsi nəzərdə tutulur. Müsahibədən uğurla keçən uşaqlar üçün məktəb və müəllim seçimi mərhələsi isə iyunun 11-18-də təşkil ediləcək.

 

Qeyd edək ki, mayın 4-dən 2022-2023-cü tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbuluna start verilib. Ümumi təhsil müəssisələrinin I siniflərinə qəbul prosesi www.mektebeqebul.edu.az elektron portalı vasitəsilə aparılır.