
Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) 2022/2023-cü tədris ilinin payız semestri üzrə tədrisi nəzərdə tutulan “Sabit gəlirli qiymətli kağızlar və törəmə maliyyə alətləri”, “Sahibkarlıq maliyyəsi və vençur kapitalı”, “İrihəcmli məlumatlar (Big Data)”, “Çoxölçülü statistik təhlil”, “Rəqəmsal iqtisadiyyat”, “Rəqəmsal marketinq”, “Rəqəmsal cinayətkarlıq”, “Süni intellekt”, “Zərərverici proqram təminatı və bərpa mühəndisliyi”, “Rəqəmsal elektronika və proqramlaşdırılan inteqral sxemlər”, “Davamlı və inklüziv inkişafın idarə edilməsi”, “Ekoloji monitorinq” və s. fənlərlə yanaşı, 60-a yaxın yeni fənn tədris olunacaq.
UNEC-dən AzEdu.az-a bildirilib ki, yeni fənlərin tədrisinin keyfiyyətli təşkilini təmin etmək məqsədilə mayın 20-dən Türkiyə Respublikasının Mərmərə, Hacettepe, İstanbul, Yıldız Teknik, Qazi, Ankara, Uludağ, Artvin Çoruh universitetlərindən dəvət edilmiş təlimçilər tərəfindən müvafiq fənlər üzrə hazırlanmış proqramlara start veriləcək.