Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-05-06 12:00:00
UNEC-də "Şuşa ili"nə həsr edilən bilik yarışması keçirilib-FOTO

UNEC-də “Şuşa ili”nə həsr edilən bilik yarışı keçirilib.

 

AzEdu.az xəbər verir ki, qiyabi və əlavə təhsil mərkəzinin Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə keçirilən yarışda TEC və THİK tələbələrindən ibarət komandalar iştirak ediblər.

 

Yarışda tələbələrə Şuşanın tarixi, mədəniyyəti, görkəmli şəxslərinin həyatı və yaradıcılığı barədə suallar təqdim olunub. Maraqlı və gərgin keçən bilik yarışında Qiyabi təhsil şöbəsinin Tələbə Elmi Cəmiyyətinin tələbələrindən ibarət TEC-2 komandası qalib gəlib.

 

Yarışın sonunda qalibləri təbrik edən UNEC QƏTM-nin direktoru Səbuhi Tanrıverdiyev 270 illiyi qeyd olunacaq Şuşa şəhərinin Azərbaycan tarixindəki yerindən və mədəniyyətinin inkişafına verdiyi töhfələrdən söz açıb. Bilik yarışının təşkilinin tariximizi araşdırmaq və öyrənmək baxımından yüksək əhəmiyyət kəsb etdiyini, 2022-ci ilin “Şuşa ili”nin elan edilməsinin ölkə başçısı tərəfindən Şuşa şəhərinin Azərbaycan xalqı üçün tarixi əhəmiyyətinə və mədəni-mənəvi dəyərinə verilən qiymətin təzahürü olduğunu bildirib.

 

Sonda qalib komandanın üzvləri diplomla təltif edilib.