Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-05-06 13:07:00
LDU-da iqtisadi mövzuda respublika elmi-praktik konfransı keçirilib-FOTO  

 

Lənkəran Dövlət Universitetində (LDU) Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş “Regionların sosial iqtisadi inkişafının yeni keyfiyyət mərhələsinə yüksəlməsində rəqəmsal iqtisadiyyatın rolu” mövzusunda respublika elmi-praktiki konfransının işinə dövlət himnimizin ifası ilə start verilib.

 

AzEdu.az xəbər verir ki, konfransı Lənkəran Dövlət Universitetinin rektoru, professor Natiq İbrahimov açıb. Rektor giriş nitqində ulu öndərin Azərbaycan dövlətinin tarixində oynadığı roldan, ölkə iqtisadiyyatının gücləndirilməsi istiqamətində çoxşaxəli fəaliyyətindən, təhsilin inkişafına göstərdiyi qayğıdan və bu uğurlu siyasətin prezident İlham Əliyev tərəfindən davam etdirilməsindən danışıb.

 

LDU-nun İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı, dos.Gülbəniz Əliyeva konfransda “Regionların sosial-iqtisadi inkişafının yeni keyfiyyət mərhələsinə yüksəlməsində rəqəmsal iqtisadiyyatın rolu” mövzusunda  geniş məruzə  edib. Məruzəçi bildirib ki, Azərbaycan  Respublikası  Prezidenti  cənab  İlham  Əliyevin  qarşıya  qoyduğu  prioritet hədəflərdən  biri də  dünyada  mövcud  olan  innovativ  iqtisadiyyatın  tələblərinə  cavab verən, milli iqtisadi  inkişaf modeli üzrə yeni iqtisadiyyatın  formalaşdırılmasıdır və regionların sosial-iqtisadi inkişafının yeni keyfiyyət mərhələsinə yüksəlməsində yeni iqtisadiyyat kimi rəqəmsal iqtisadiyyat böyük aktuallıq kəsb edir. Gələcəkdə hər bir ölkənin sosial-iqtisadi inkişafı onun yeni iqtisadi mühitə  adaptasiyası  və  yeniliklərin  tətbiqi  ilə müəyyən olunacaqdır-deyən məruzəçi qeyd edib ki,  dünyanın əksər  inkişaf etmiş ölkələrinin əmək qüvvəsinin təxminən 20-25%-i yüksək texnologiyalar və  elm-təhsil sahəsində fəaliyyət  göstərirlər və dünya  ölkələri  ənənəvi  iqtisadi  inkişaf modelindən  innovativ inkişaf  modelinə  doğru  sürətlə  irəliləməkdədir.

 

Məruzədə bildirilib ki,  bu  istiqamətdə  yüksək  təhsilin,  elmin  inkişafı danılmaz  faktordur və buna görə də  elm  və  təhsil  sahəsində  investisiyaların  həcminin artırılması, yüksək texnologiyalara əsaslanan istehsal sahələrinin rolunun güclənməsi və əsasən emal sahəsində yüksək  texnologiyaların aktiv tətbiq edilməsi hazırda  inkişaf etmiş ölkələrdə əsas diqqət yetirilən  sahələrdir. Bu istiqamətdə dövlətin qarşısında duran əsas vəzifə  iqtisadiyyatın modernləşdirilməsi,  rəqabət  qabiliyyətliliyinin  artırılması, yüksək  ixtisaslı  kadrların hazırlanması və bu istiqamətdə rəqəmsal iqdisadiyyatda innovativliyi və rəqabətliliyi təmin etməkdir.

 

Məruzə ətrafında  LDU-nun Maliyyə idarəetməsi və audit kafedrasının müdiri dos. Əlixan Bədəlov və  həmin kafedranın dosenti Natiq Mirzəyev çıxış ediblər. Çıxışlarda ölkənin ali təhsil sisteminin müasir təhsil sisteminə uyğun təkmilləşdirilməsi və yüksək ixtisaslı kadrların hazırlanması, ölkənin innovasiya sistemi üçün effektiv qanunvericiliyin yaradılması, innovasiya fəaliyyəti ilə məşğul olan qurumların koordinasiyasını həyata keçirən təşkilatın yaradılması, aqrar sektorda innovativ metodların və elmi tədqiqatların dəstəklənməsi, istehsal effektivliyinin artırılması, istehlakçı-təchizatçı arasında əlaqənin gücləndirilməsi vəs.barədə danışılıb.

 

Plenar islasdan sonra kondfrans işini bölmələrdə davam etdirir. Konfransın işində ölkənin aparıcı ali təhsil ocaqlarının müəllimləri və tədqiqatçıları iştirak edir.