Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-05-06 15:44:00
Riyaziyyat və coğrafiya fənləri üzrə qiymətləndirmə tapşırıqları təhlil edilib

Mayın 6-da Dövlət İmtahan Mərkəzində riyaziyyat və coğrafiya fənləri üzrə işçi qrupların növbəti iclasları keçirilib.

 

Mərkəzdən AzEdu.az-a bildirilib ki, iclaslarda respublikanın ümumtəhsil müəssisələrində qüvvədə olan 8-ci sinif dərslikləri əsasında hazırlanmış “Qiymətləndirmə tapşırıqları” kitabçaların dərsliklərlə müqayisəli təhlil olunub. Müzakirə edilən məsələlərlə bağlı iştirakçılar tərəfindən fikir bildirilib və təkliflər söylənilib. Qeyd edilmiş təkliflər kitabçaların təkmilləşdirilməsində nəzərə alınıb.

 

Növbəti iclaslarda müzakirələr davam etdiriləcək.