Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-05-07 14:34:00
UNEC tələbələri Beynəlxalq İqtisadi Gənclər Elmi Forumunun qalibi oldular

Azərbaycanı AIGF platformasında təmsil edən finalçılar mükafatlandırılıb.

 

AzEdu.az xəbər verir ki, mükafatlandırma mərasimində UDİU-nin rektoru Silin Yakov, UNEC-in prorektoru İlham Hüseynov, Beynəlxalq əməkdaşlıq departamentinin direktor vəzifəsini icra edən Turan Süleymanov, universitetin müəllim-tələbə heyəti iştirak edib.

 

Forumda Azərbaycanı təmsil edən UNEC-in Rus İqtisad Məktəbinin tələbələri Yekaterinburqda keçirilən müsabiqənin superfinalına qatılıblar.

 

Superfinalda “Mikroiqtisadiyyat” istiqaməti üzrə 3-cü kurs tələbəsi Həsən Ağayev superfinalda I yerin qalibi olub. 4-cü kurs tələbəsi Aişə Allahverdiyeva II yerə, “Makroiqtisadiyyat” istiqaməti üzrə 3-cü kurs tələbəsi Surət Məmmədov 4-cü yerə layiq görülüb.

 

“Mənim sevimli şəhərim: dünən, bu gün, sabah” adlı ən yaxşı videocarx yarışında UNEC tələbələri Vahid Məmmədov və Fatimə İbrahimovanın təmsil etdikləri “Fayla” komandası superfinalda 4-cü yeri qazanıblar.

 

Müsabiqənin qaliblərinə diplom, orden və pul mükafatları təqdim olunub.

 

Forumun nəticələrinə əsasən, XII AİGF-un materialları toplusunun buraxılması nəzərdə tutulub.