Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-05-07 14:55:00
AzTU-da respublika elmi-texniki konfransının bağlanış mərasimi keçirilib

Azərbaycan Texniki Universitetində (AzTU) ümummilli  lideri Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş tələbə və gənc tədqiqatçıların “Gənclər və elmi innovasiyalar” mövzusunda respublika elmi-texniki konfransının bağlanış mərasimi keçirilib.

 

AzEdu.az xəbər verir ki, konfransın keçirilməsində məqsəd gəncləri elmi yaradıcılığa cəlb etmək və elmi-tədqiqat işlərinin nəticələrini müzakirə etməkdir.

 

Qeyd olunub ki, iki gün ərzində 11 bölmə üzrə davam edən konfransda 45 ali təhsil müəssisəsindən nümayəndələr iştirak edib. Konfransa təqdim olunan 754 məqalədən 394-ü qəbul edilib.

 

Sonda ən yaxşı məqalə müəlliflərinə sertifikat təqdim olunub.