Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-05-09 11:31:00
Magistratura imtahanına qeydiyyat nə zaman başlayacaq?-DİQQƏT

 

Dövlət İmtahan Mərkəzindən bu il magistratura səviyyəsinə qəbul imtahanı üçün abituriyentlərə II şans yaradılacağı bildirilmişdi.

 

Magistratura səviyyəsinə qəbul imtahanının I cəhdi 20 Fevral tarixində keçirildi. İkinci cəhdin 29 May tarixində keçiriləcəyi isə artıq elan olunub.

 

Bəs ikinci cəhd üçün imtahana qeydiyyat nə zaman başlayacaq?

 

AzEdu.az xəbər verir ki, bu barədə namizədlərin sualları DİM tərəfindən cavablandırılıb.

 

Belə ki, bu pillə üzrə qəbul imtahanında iştirak etmək üçün namizədlərin qeydiyyatına bu həftə ərzində start veriləcək.