Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-05-09 17:26:00
Azərbaycanda COVID-19-a 2 nəfər YOLUXDU

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 2 yeni yoluxma faktı qeydə alınıb, 2 nəfər müalicə olunaraq sağalıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AzEdu.az-a verilən məlumata görə, ölən olmayıb.

 

İndiyədək ölkədə ümumilikdə 792 632 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 782 864 nəfər müalicə olunaraq sağalıb, 9 709 nəfər vəfat edib. Hazırda aktiv xəstə sayı 59 nəfərdir.

 

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1 752, bu günə qədər isə ümumilikdə 6 836 368 test icra olunub.