Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-05-10 10:28:00
“Gündəm təhsildir” onlayn müzakirə proqramının növbəti buraxılışı yayımlanacaq

Mayın 10-da saat 16:00-da “Gündəm təhsildir” onlayn müzakirə proqramının “Heydər Əliyev və təhsil: dünəndən bu günə” mövzusunda növbəti buraxılışı yayımlanacaq.

 

Bu barədə AzEdu.az-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib. Bildirilib ki, proqramın budəfəki qonağı Milli Məclisin deputatı Ceyhun Məmmədovdur.

 

Qeyd edək ki, onlayn müzakirə proqramını Təhsil İdarəsinin rəsmi feysbuk səhifəsi üzərindən izləmək mümkündür.