Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-05-10 17:57:00
Kimya fənni üzrə işçi qrupunun iclası keçirilib

10 may 2022-ci il tarixində Dövlət İmtahan Mərkəzində kimya fənni üzrə işçi qrupunun növbəti iclası keçirilib

 
AzEdu.az xəbər verir ki, işçi qrupunun iclasında gündəlik məsələ 2022-2023-cü tədris ilində respublikanın ümumtəhsil müəssisələrində istifadəyə veriləcək (elektron versiyalar Təhsil Nazirliyinin https://www.trims.edu.az/site/index.php portalında yerləşdirilib) 10-cu sinif dərsliyi ilə həmin sinif üçün dərsliyin əvvəlki nəşri əsasında hazırlanmış “Qiymətləndirmə tapşırıqları” kitabçanın müqayisəli təhlili olub. 

 

Təhlil nəticəsində dərslikdən çıxarılmış və yeni əlavə edilmiş dəyişikliklər nəzərə alınaraq, təkmilləşdirmələr aparılıb.

 

Müzakirə edilən məsələ ilə bağlı iştirakçılar tərəfindən fikir bildirilib və təkliflər söylənilib. Qeyd edilmiş təkliflər kitabçanın təkmilləşdirilməsində nəzərə alınıb.

 

Növbəti iclaslarda müzakirələr davam etdiriləcək.