Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-05-11 09:45:00
Fənn olimpiadalarının I final turunun nəticələri açıqlanıb

Azərbaycan dili və ədəbiyyat, tarix, coğrafiya fənləri üzrə keçirilən fənn olimpiadalarının respublika mərhələsinin final turunun nəticələri elan edilib. 

 

AzEdu.az xəbər verir ki, belə ki, aşağı yaş qrupu üzrə 1-3-cü və 3-cü yerlə eyni nəticəni göstərən şagirdlər qızıl, 4-8-ci və 8-ci yerlə eyni nəticəni göstərən şagirdlər gümüş, 9-15-ci və 15-ci yerlə eyni nəticəni göstərən şagirdlər bürünc medal, yuxarı yaş qrupu üzrə isə 1-5-ci və 5-ci yerlə eyni nəticəni göstərən şagirdlər qızıl, 6-15-ci və 15-ci yerlə eyni nəticəni göstərən şagirdlər gümüş, 16-30-cu və 30-cu yerlə eyni nəticəni göstərən şagirdlər isə bürünc medal qazanıblar. 

 

Yekun nəticələrlə olimpiada.edu.az saytından tanış ola bilərsiniz. 

 

Qeyd edək ki, fənn olimpiadaları “Kapital Bank”ın sponsorluğu ilə həyata keçirilir.