
Bu gün Litva Respublikasının birinci xanımı hörmətli Diana Nausediene UNEC-i ziyarət edib.
AzEdu.az xəbər verir ki, bu barədə universitetin rektoru Ədalət Muradov məlumat verib.
Rektor görüşün detallarından danışıb:
“Səfər zamanı o, UNEC Şəhidləri Memorial Kompleksi, distant təhsil mərkəzi olan UNEC EXTERN, BLOOMBERG Maliyyə Laboratoriyasının imkanları və üstünlükləri haqqında məlumatlandırıldı. UNEC tələbələrilə görüşdü. Yekunda, Litvalı yazıçı Vintsas Kreve-Mitskəviçyus adına UNEC-də auditoriyanın açılışı oldu. V.Kreve 1909-1920-ci illərdə Azərbaycanda işləmiş və UNEC yerləşdiyi binada mühazirələr oxumuşdur. Tədbirdə iştirakına və dəyərli çıxışına görə Azərbaycan Respublikasının Mədəniyyət Naziri hörmətli Anar müəllim Kərimova təşəkkür edirəm”.