
2022-05-19 14:11:00
Masazırda şagirdlərə “patı” paylayırlar? - “Sən köksən, bunu iç, arıqla” - DİN-dən AÇIQLAMA
Məktəblərin yaxınlığında şagirdlərə müxtəlif yaşlı kişilər, hətta qadınlar tərəfindən narkotik maddə, daha çox “şüşə”, “patı” təklif olunması barədə mütəmadi olaraq iddialar səsləndirilir.
Övladı Masazır məktəblərindən birində təhsil alan G.M. adlı valideyn 12 yaşlı qızına “patı” verildiyini iddia edir.
O, müraciətində övladına bir qadının bu maddəni verdiyini deyib: “Uşağa bir qadın yaxınlaşıb, yumru, parlaq 2 ədəd dərman kimi vasitəni verərək, “sən çox köksən, arıqlamaq üçün 2 dənə iç, gözəl qız olacaqsan” deyib. Qızım onları ovcunda sıxıb evə gətirib. Mənə göstərib olanları danışdı. Mən dərhal anladım ki, bu, narkotik ola bilər. Çünki neçə vaxt idi kök oğlan və qızlara onu arıqlama dərmanı adı ilə paylayırdılar”.
Valideynin sözlərinə görə, məktəbn direktoru və müəllimlər hadisədən xəbərdardırlar: “Mənim kimi başqa valideynlər də məktəb direktoru, müəllimlərə bu barədə deyiblər. Müəllimlər uşaqlara məktəbin həndəvərində, küçədə tanımadıqları adamdan nəsə almamağı tapşırır. Bir dəfə də uşaqlara pulsuz şəkər pambığı paylayırdılar. Səbəbini soruşduqda, dedilər ki, elə-belə paylayırıq. Kim bunu edir, niyə edir bilmədim. Onları uşaqların əlindən alıb atdım. Oğlan uşaqlarına da müxtəlif şirnikləndirici təkliflər edirlər”.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev məsələ ilə bağlı açıqlamasında bildirib ki, iddialar araşdırılır:
“Nəticəsi olduğu təqdirdə mətbuata məlumat veriləcək”.
Baku Post
Bu bölməyə aid digər xəbərlər
21 yaşlı tələbə qəfil öldü
2024-09-12 09:04:33
Cəlilabadda 3 gün əvvəl evdə yanğın zamanı xəsarət alan azyaşlı ölüb
2024-09-11 17:21:00
Azərbaycan gəncləri WorldSkills yarışlarında iştirak edirlər
2024-09-11 11:52:54
Bu universitetin əməkdaşlarının maaşları 30% ARTIRILACAQ
2024-09-10 17:40:00
Universitetlərin boş qalan yerlərinə qəbul olan şəxslərin qeydiyyatı başlayıb
2024-09-09 18:02:33
Namaz qılmaq üçün məscidə getdi - Yoxa çıxdı
2024-09-09 10:01:17
Ana bətnindəki uşağı autizmdən qoruyan məhsul
2024-09-09 08:51:18
14 yaşlı qızı avtomobil vurub
2024-09-08 09:24:14
13 yaşlı sərnişin yol qəzasında ölüb
2024-09-07 16:03:47
“5 saniyə geciksəydim...” - Körpəni xilas edən maşinist
2024-09-06 14:59:47