Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-05-26 17:47:00
İnzibati icraçı vəzifələr üzrə test imtahanına qeydiyyat davam edir  

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən dövlət qulluğu vəzifələrinin B növünə aid olan BA və BB qruplarına uyğun vəzifələr üzrə iyunun 19-da keçiriləcək test imtahanına qeydıyyat davam edir.

 

DİM-dən AzEdu.az-a bildirilib ki, imtahanda iştirak etmək üçün qeydiyyat iyunun 8-i saat 23:59-dək aparılacaq. İmtahan Bakı şəhərində keçiriləcək və namizədlər üçün 2000 yer ayrılıb. Bu gün saat 17:40-dək olan məlumata görə, imtahan vermək üçün 562 (BA - 140, BB - 420) namizəd qeydiyyatdan keçib.