
2022-05-27 17:51:00
Kimya fənninin yeni məzmun standartları müzakirə edilib
ARTİ kimya fənni üzrə hazırlanmış yeni məzmun standartlarının ictimai müzakirəsinə başlayıb.
AzEdu.az xəbər verir ki, kimya fənninin kurikulumunun təkmilləşdirilməsində Sinqapurun Alston Təhsil şirkətinin mütəxəssislərinin mentorluğundan istifadə edilib. Bu istiqamətdə ilk görüş Bakı məktəblərində kimya fənnini tədris edən qabaqcıl müəllimlərin iştirakı ilə keçirilib.
Tədbirdə əvvəlcə ARTİ-nin Təhsil standartları və proqramları şöbəsinin müdiri Mənsur Məhərrəmov kurikulumların təkmilləşdirilməsi prosesi barədə məlumat verib. Daha sonra işçi qrup üzvləri VII-XI siniflər üzrə kimya fənninin kurikulumunda nəzərdə tutulan yeniliklər barədə təqdimat edib. Tədbirdə iştirak edən ümumtəhsil məktəblərinin müəllimləri tərəfindən kimya fənn kurikulumunda aparılan təkmilləşdirmə prosesi təqdirəlayiq hesab olunub.
ARTİ-nin direktoru Rüfət Əzizov da bu müzakirədə iştirak edərək təhsildə qabaqcıl ölkələrin kimya fənninin tədrisində istifadə etdiyi müasir yanaşmalardan nümunələr verib və kimya fənni məzmununun təkmilləşdirilməsi zamanı bu təcrübələrin təhlil edilməsinin əhəmiyyətini vurğulayıb.
Bənzər müzakirələrin fərqli platformalarda davam etdirilməsi planlaşdırılır.
Bu bölməyə aid digər xəbərlər
Birinci sinfə qəbuldan necə imtina etmək olar? - İZAH
2024-05-02 15:20:36
Emin Əmrullayevdən Xocalı və Xankəndi ilə bağlı MÜJDƏ
2024-04-16 12:28:00
Doktorantura səviyyəsi üzrə elektron sənəd qəbuluna başlanılır
2024-04-09 15:52:07
Elm və təhsil naziri Samuxda vətəndaşları qəbul edəcək
2024-04-08 14:54:22
Firudin Qurbanov Goranboy şəhəri 1 nömrəli məktəbdə olub
2024-04-05 17:55:16
Elm və təhsil nazirinə yeni müşavir təyin olunub
2024-04-03 16:09:48
Qəbulu test imtahanı ilə aparılacaq dövlət qulluğu vəzifələrinin sayı artırılıb
2024-04-03 15:43:11
Ekspert Bankına qeydiyyat başlayır
2024-03-15 17:46:20
RFO-da finala keçən şagirdlərin statistikası
2024-03-12 17:09:07
Bu kollecin direktor müavini işdən çıxarılıb
2024-03-12 12:32:41