Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-05-31 10:02:00
Tələbə krediti üçün müraciətlərin qəbulu BU GÜN yekunlaşır

31 may saat 00:00-da yaz semestri üçün təhsil tələbə krediti əldə etmək istəyən tələbələrin müraciətlərinin qəbulu başa çatacaq.

 

Təhsil Nazirliyindən AzEdu.az-a verilən xəbərə görə, yaz semestri üçün təhsil krediti almaq istəyən tələbələr notarial qaydada təsdiqlənmiş ərizə ilə elektron informasiya sisteminə www.e-ttkf.edu.az müraciət edə bilərlər.

 

Qeyd edək ki, notarial qaydada təsdiqlənmiş ərizə daha sonrakı müraciətlər üçün də keçərlidir.