Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-05-31 15:15:00
Valideynlərin ali məktəb istəyi problem yaradır - Mehriban Vəliyeva

"Şagirdlərin məktəbdən uzaqlaşdırılması üçün heç kəsin təzyiq göstərməyə ixtiyarı yoxdur".

 

AzEdu.az xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva açıqlama verib.

 

M.Vəliyeva qeyd edib ki, şagirdin sinfini dəyişmək, digər siniflərdə təhsil almaq hüququ var:

 

"Onlar bu hüquqdan istifadə edərək təhsillərini davam etdirə bilərlər. Şagirdləri məktəbdən kənarlaşdırmaqla bağlı fikirlər varsa, qəti şəkildə bunun qarşını almaq lazımdır. Çünki onların cəmiyyətə daha yararlı şəxsiyyət kimi formalaşmaları üçün əlimizdən gələni etməliyik".

 

İdarə müdiri eyni zamanda bildirib ki, bəzən valideynlər seçimi düzgün etmirlər:

 

"Əgər onlar peşə məktəblərində daha yararlı şəxsiyyət kimi yetişəcəklərsə, bu yolu seçməkdənsə, mütləq şəkildə uşaqlarının ali məktəbə qəbul olması fikrində olurlar. Bu da bəzən problem yaradır. Ona görə də həm valideyn, həm də şagird düzgün seçim etməlidir. Bu halda istədikləri yerdə uğurlu ola bilərlər”.