Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-05-31 17:30:00
Sertifikasiya ilə bağlı vebinar keçiriləcək

ARTİ müəllimlərin sertifikasiyası imtahanlarının qiymətləndirmə çərçivəsini izah edən vebinarları davam etdirir.

 

AzEdu.az xəbər verir ki, növbəti vebinar 1 iyun tarixində saat 17:00-da ingilis dili fənni üzrə “Reduction” mövzusunda keçiriləcək.

 

Vebinarın keçirilməsində əsas məqsəd sertifikasiyaya hazırlaşan müəllimlər üçün çətin mövzuların və qiymətləndirmə vasitələrinin izah olunmasıdır.

 

Vebinarda spiker qismində Masazır kənd 4 saylı tam orta məktəbin ingilis dili müəllimi Elşən Qurbanov çıxış edəcək. 

 

Qeyd edək ki, vebinar ARTİ-nin Facebook səhifəsi üzərindən canlı yayımlanacaq.