Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-06-01 11:31:00
Növbəti TOEFL iBT imtahanı keçiriləcək  

Təhsildə Qiymətləndirmə Xidmətinin (Educational Testing Service – ETS) TOEFL iBT imtahanı iyunun 4-də Dövlət İmtahan Mərkəzinin Ə.Salamzadə küçəsi, 28 ünvanında yerləşən binasında təşkil olunacaq.

Bu barədə  Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Bildirilib ki, imtahan verəcək şəxslər saat 08:00-dan gec olmayaraq şəkilli şəxsiyyət vəsiqəsi və ya ümumvətəndaş pasportu ilə birlikdə imtahan binasında olmalıdırlar.

İmtahan saat 9:00-da başlanır. Yaşı 15 və daha aşağı olanlar imtahan binasına valideynləri ilə birlikdə gəlməlidirlər.

TOEFL iBT imtahanı haqqında daha ətraflı məlumat DİM-in səhifəsində yerləşdirilib.